"Qarabağ"ın hücumçusu Macarıstan klubu ilə 2 illik müqavilə imzaladı


"Qarabağ"ın futbolçusu Kvabena Ovusu Macarıstanın "Ferentsvaroş" klubu ilə müqavilə imzalayıb.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, Budapeştə yollanan qanalı hücumçu 2 illik sözləşməyə imza atıb.

25 yaşlı forvard cari mövsümün sonunda yeni komandasına qoşulacaq.

Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən Kvabena Ovusunun "köhlən atlar"la müqaviləsi bu ilin yayında başa çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top