Türkiyə-Rusiya-Suriya prezidentləri görüşə bilər


“Bu səhər mənim cənab Putinlə (Rusiya Prezidenti Vladimir Putin – red.) telefon danışığım oldu. Rusiya-Ukrayna müharibəsini ətraflı müzakirə etdik. Bundan başqa, bölgədə nə edə biləcəyimizi danışdıq. Türkiyə-Rusiya münasibətlərini dəyərləndirdik. Suriyadakı hadisələr, Rusiya-Türkiyə-Suriya olaraq kəşfiyyat və müdafiə nazirlərimizin Moskva görüşü ilə əlaqədar bir proses başlatdıq. Onda ümid edirəm ki, biz xarici işlər nazirlərimizi üçlük olaraq yenidən bir araya gətirəcəyik”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Daha sonra gedişata görə liderlər olaraq bir araya gələcəyik. Bizim narahatlığımız bölgədə sülh və əmin-amanlığın təmin edilməsi və bölgədə sülhün hökm sürməsidir”, - o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top