Sumqayıtda Mehdi Hüseynzadənin barelyefinin dağıdılması ilə bağlı - Açıqlama


Xəbər verdiyimiz kimi, Sumqayıt stadionu ərazisində qoyulan, arenanın adını daşıdığı Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin barelyefi dağıdılıb, həmçinin onun adı silinib. Abidənin digər tərəfinə isə stadionun prezidentin sərəncamı ilə 2022-ci ildə tikildiyi qeyd olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, stadiondakı barelyef olan daş ləğv edilib:
“Məlumat üçün bildirək ki, Sumqayıt şəhərində yeni inşa olunan stadionda Mehdi Hüseynzadənin adı əks olunub. Həm stadionun girişində, həm də arxa tərəfində böyük hərflərlə bu yazıya rast gələ bilərsiniz. Layihədə stadionda məlumat lövhəsinin yerləşdirilməsi nəzrdə tutulub və stadionun inşası zamanı məlmat lövhəsi nəzərdə tutulmuş əraziyə yerləşdirilib.
Barelyef olan daş isə heykəltaraşlıq tələblərinə uyğun gəlmədiyi üçün ləğv edilib. Onu da bildirək ki, tikinti barədə məlumat lövhəsi vurulan daş ona bənzər başqa daşdan hazırlanıb. Şəhərin müxtəlif yerlərində bu daşlardan istifadə olunub. Hətta Sumqayıtın Şəhidlər Xiyabanının girişində də buna bənzər daş qoyulub”.

DİGƏR XƏBƏRLƏR

Top