Suqovuşanda suyun səviyyəsi niyə azalıb? - Video


Sosial şəbəkələrdə Suqovuşanda su səviyyəsinin kəskin azalması ilə bağlı görüntülər yayılıb. Səbəb kimi Sərsəng su anbarından Suqovuşana gələn suyun məqsədli şəkildə kəsilməsi göstərilib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Tərtərçay Hidroqovşaq İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimov açıqlama verib.
O bildirib ki, Suqovuşan su anbarında gölün səviyyəsinin aşağı enməsinə səbəb orada gedən təmir-bərpa işləri ilə əlaqədardır:
“Dib qapılarının təmirə ehtiyacı olduğu bizim tərəfimizdən göldə suyun səviyyəsi məqsədyönlü şəkildə aşağı salınıb. Təmir-bərpa işləri başa çatdıqdan sonra göl əvvəlki iş rejiminə qaytarılacaq”.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Suqovuşanda son vəziyyəti əks etdirən görüntülər yayılıb.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top