Ərdoğan Putinlə telefonda Ukraynadan danışdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonda danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyası məlumat yayıb.
Bildirilib ki, liderlər Ukraynada nizamlanma, ikitərəfli münasibətlər və Suriya məsələsini müzakirə ediblər.
Qeyd olunub ki, Ərdoğan, Putinə qaz qovşağının yol xəritəsini ən qısa zamanda tamamlamaq planlarını açıqlayıb.
Söhbət zamanı Ərdoğan, Ukraynada tezliklə atəşkəs və böhranın sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu söyləyib.

DİGƏR XƏBƏRLƏR

Top