Xaçmaza yeni yol polisi rəisi təyin edildi


Xaçmaz Rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edilib.
Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Füzuli Əsədov həmin şöbənin rəisi təyin olunub.
Qeyd edilib ki, F.Əsədov bu təyinatadək Xızı Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top