Afrikada xidmət edən Azərbaycan sülhməramlısı BMT-nin medalı ilə təltif olundu


Azərbaycan sülhməramlısı BMT-nin medalı ilə təltif olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Nümayəndəliyinin sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycan sülhməramlısı mayor İlkin Xəlilov - BMT-nin Cənubi Sudandakı (Afrika qitəsi) Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının medalı ilə təltif olunub.

DİGƏR XƏBƏRLƏR

Top