Müharibə başlayandan sonra Ukrayna vətəndaşları hansı ölkələrə keçiblər – Tam siyahı


Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra bu ölkəni 16,9 milyon insan tərk edib.
Yeniavaz.com
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) açıqladığı məlumatlara istinadən bildirir ki, Ukraynanı tərk edənlərin əksəriyyəti Polşa sərhədindən keçərək ölkədən çıxıblar.
Ukraynadan Polşaya piyada, avtobus, şəxsi avtomobil və qatarla 8 milyon 506 min 801 insan keçib.
Bundan başqa Ukrayndan 2 milyon 852 min 395 nəfər Rusiyaya, 1 milyon 972 min 885 nəfər Macarıstana, 1 milyon 737 min 719 nəfər Rumıniyaya, 1 milyon 47 min 890 nəfər Slovakiyaya, 732 min 939 nəfər Moldovaya, 16 min 705 nəfər isə Belarusa keçib.

DİGƏR XƏBƏRLƏR

Top