Bu şəhərdə unun qiyməti ucuzlaşdı - Fotolar


Mingəçevir şəhərində həm alıcılar, həm də satıcılar unun qiymətlərində enmə olduğunu bildiriblər.
Un satışını həyata keçirən şəxslər Yeniavaz.com-a bildirib ki, un dəyirmanlarında ucuzlaşma olduğundan satışda 80 qəpik - 1 manat arasında ucuzlaşma yaranıb.
Əvvəl 41 manata satılan 50 kiloqramlıq un kisələri hazırda 40 manata təklif edilir. 25 kiloqramlıq un kisələri isə əvvəl 21 manata idisə, hazırda 20 manata satılır.
Şəhər sakinləri deyib ki, bəzi un satışı həyata keçirən sahbikarlar bu qiymətlə razılaşmır. Onlar məhsulu köhnə qiymətlə aldıqlarını və 41 manata satacaqlarını deyirlər.





Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top