"Azərbaycan Dəmir Yolları"na məxsus qatar Tovuz sakinini vurub?


Yanvarın 3-də saat 20 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus qatarın Tovuz rayonu ərazisindən keçən zaman 1986-cı il təvəllüdlü Tural Yaqubovu vurması və onun aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatında hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top