“Naxçıvanda hərbçilər qara çantalarla işə gedib-gəlməyə məcbur edilir” - Video


“Naxçıvandakı hərbi hissələrin zabit və gizirləri uzun illərdir ki, qara rəngli çantalarla işə gedib-gəlməyə məcbur edilir. Naxçıvan Əlahiddə Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayevin şəxsi təşəbbüsü və istəyi ilə tətbiq edilən bu qaydanı pozanlar ciddi cəzalandırılırlar”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”ın yaydığı məlumatda bildirilib.
Naxçıvan şəhərindəki hərbi hissələrin birində gizir olaraq çalışmış, Şahbuz rayon sakini Əfsun Qəhrəmanov da bu qaydaları pozmaqda ittiham edilərək cəzalandırıldığını deyib.
Cəza olaraq ona hərbi hissənin hamamını öz hesabına təmir etdirmək tapşırılıb.
O isə həm bu, həm də hərbi hissədəki digər pozuntularla bağlı Naxçıvanın hərbi prokurorluğuna müraciət edib.
Məlumatda bildirilib ki, bundan xəbər tutan hərbi hissə rəhbərliyi onu döyüb, komandan Kərəm Mustafayev isə ən ağır maddə ilə (Maddə156, e) işdən azad edib.
İşsiz qalan gizir bu maddə səbəbindən müraciət etdiyi bütün işlərdən rədd cavabı aldığını qeyd edib.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top