Mingəçevir sakini: “73 yaşımda oğlumla birgə çöllərdə qalmışam” – Video


2021-ci il dekabrın 28-də Mingəçevir şəhəri Günəşli bağlar massivi 12-ci küçə ərazisində yerləşən fərdi evlərin birində qaz sızmasından güclü partlayış baş verib. Partlayış zamanı ağır yanıq xəsarətləri alan və xəstəxanaya aparılan 1966-cı il təvəllüdlü Sevinc Qənbərova aldığı yanıq xəsarətindən dünyasını dəyişib. Hadisə nəticəsində 22-ə yaxın evə ciddi ziyan dəyib, 2 ev isə tamamilə dağılıb.
Yeniavaz.com
xəbər verir ki, evi tamamilə dağılan və evində partlayış baş verən ev sahibi Yaqub Məmmədov evsiz-eşiksiz oğlu ilə birgə acınacaqlı vəziyyətdə yaşayır.
Sakin müraciətində bildirib ki, aldığı pensiyanın 200 manatını kirayə pulu verir. Hadisə ilə bağlı hələ də məhkəmə prosesi gedir.
Y.Məmmədov deyib ki, o, qarşıdan gələn həyat yoldaşının il mərasimini necə keçirəcəyini bilmir.
Daha ətraflı:
Y.Məmmədovun sosial vəziyyətinin yaxşılaşması üçün ona yardım edilməsini xahiş edir. Əlaqə nömrəsi: 051 574 62 01

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top