Ukraynanın raket hücumu nəticəsində ölənlərin sayı 90-a çatır


Yanvarın 1-də Moskva vaxtı ilə saat 00:01-də Ukrayna Silahlı Qüvvələrinin artilleriyası Makeyevka ərazisində Rusiya hərbi hissələrindən birinin müvəqqəti yerləşdirildiyi nöqtəyə HİMARS reaktiv yaylım atəş sisteminin altı raketi ilə zərbə endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, növbətçi hava hücumundan müdafiə sistemləri onlardan ikisini zərərsizləşdirib:
“Rusiya hərbçilərinin yerləşdiyi binaya yüksək partlayıcı parçalanma başlığına malik 4 raket düşüb. HİMARS raketlərinin döyüş başlıqlarının partlaması binanın tavanlarının uçmasına səbəb olub”.
Məlumata görə hücum nəticəsində həlak olan hərbçilərin sayı 89-a çatıb.
Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisinin birinci müavini, general-leytenant Sergey Sevryukov məlumat verib:
“İlkin tibbi yardım göstərilib, yaralılar tibb müəssisələrinə təxliyyə olunub. Təəssüf ki, dəmir-beton konstruksiyaların dağıntılarının təhlili zamanı həlak olan əsgər yoldaşlarımızın sayı 89-a çatıb”.
Qeyd edilib ki, hazırda Makeyevka baş vermiş hadisəni araşdırmaq üçün komissiya işləyir, bütün zərərçəkənlərə və həlak olan hərbçilərin ailələrinə bütün lazımi kömək və dəstək göstərilir, gələcəkdə baş vermiş bu kimi faciələrin qarşısının alınması üçün tədbirlər görülür.

DİGƏR XƏBƏRLƏR

Top