Türkiyədən israilli nazirin bu addımına sərt reaksiya


Türkiyə Xarici İşlər Nazirliyi İsrail Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri İtamar Ben Qvirin Qüdsdəki Əl-Əqsa məscidinin ərazisinə səfərini təxribat adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, rəsmi Ankara İsraili daha məsuliyyətli yanaşmağa və bu cür təxribatların qarşısını almağa çağırıb:
"İsrail polisinin müşayiəti ilə Əl-Əqsa məscidinin ərazisinə daxil olan Ben Qvirin təxribat xarakterli hərəkətləri narahatlıq və qınaq doğurur. Türkiyə İsraili daha məsuliyyətli yanaşmağa və Qüdsdəki dini obyektlərin statusunu pozan və regionda gərginliyin artması ilə nəticələnən bu cür təxribatların qarşısını almağa çağırır”.
Qeyd edək ki, “Jerusalem Post” daha əvvəl İsrailin milli təhlükəsizlik nazirinin çərşənbə axşamı Məbəd dağına qalxdığını bildirmişdi. Keçmiş baş nazir və Yeş Atid partiyasının lideri Yair Lapid Ben Qvirin bu cür hərəkətlərinin Qüdsdə gərginliyə səbəb olacağı barədə xəbərdarlıq edib. Qəzetin yazdığına görə, siyasətçinin Məbəd dağına səfəri İsrailin baş naziri Benyamin Netanyahu ilə razılaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top