Dəhşətli qəzada ölən şəxsin kimliyi bilindi


Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb, ölən sürücünün kimliyi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
Qeyd edilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Bildirilib ki, hadisə zamanı ölən şəxs Heydərov Nizami Qədir oğludur.

DİGƏR XƏBƏRLƏR

Top