"Əvvəllər bu sudan çay qoyulurdu, indi əl yumağa iyrənirik" - Video


Bakının Xəzər rayonu, Binə qəsəbəsində su kanalı antisanitar vəziyyətdədir.
Yeniavaz.com
Xezerxeber.az-a istinadən xəbər verir ki, Mehriban Qonşular küçəsindən keçən kanalın içərisi məişət tullantıları ilə doludur.
Ətraf xarabalığı xatırladır, üfunət baş çatladır.
Sakinlərin sözlərinə görə, əvvəllər kanalın suyundan yaxınlıqdakı bağların suvarılmasında istifadə olunub.
Bir neçə ay bundan əvvələdək ətrafda zibil konteynerləri olub. Sonradan onların yoxa çıxması vəziyyəti çətinləşdirib.
Evləri kanalın lap yaxınlığında olanlar daha çox əziyyət çəkirlər.
Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət edilsə də, suallara cavab verilmədi.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top