Kiyevin atəşə tutulması nəticəsində enerji infrastrukturu zədələndi


Kiyevdə enerji infrastrukturu obyektləri zədələnib, fövqəladə söndürmələr aparılır. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə yanvarın 2-də şəhərin meri Vitali Kliçko məlumat verib.
“Paytaxtın gecə atəşə tutulması nəticəsində enerji infrastrukturu obyektlərinə ziyan dəyib. Şəhərdə fövqəladə elektrik enerjisi kəsilib. Müvafiq olaraq, enerjisizləşdirilmiş istilik təchizatı obyektləri var"deyə o “Telegram”da yazıb.
Mer qeyd edib ki, Ukrayna paytaxtının su təchizatı müntəzəm rejimdə həyata keçirilir.
Həmçinin yanvarın 2 -də Kiyevdə və Ukraynanın bir sıra bölgələrində hava xəbərdarlığı elan edilib. Kiyev, Sumı, Poltava, Xarkov, Çerkassı, Nikolayev, Kirovohrad, Dnepropetrovsk vilayətlərində, həmçinin Kiyev rejiminin nəzarətində olan Zaporojye və Xerson vilayətlərinin ərazilərində sirenlər səslənib.

 

DİGƏR XƏBƏRLƏR

Top