Uğur Şahin dekabrın 31-də 120 milyon dollar itirib


Almaniyada yaşayan türk əsilli immunoloq Uğur Şahinin ümumi sərvəti dekabr ayının 31-də 120 milyon dollar azalıb.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə məlumatı məşhur “Bloomberg” şirkəti yayımlayıb.
“Bloomberg”in məlumatına görə biotexnologiya şirkəti olan "BioNTech"in qurucusu və icraçı direktoru olan Uğur Şahinin ümumi sərvəti dünən 6,36 milyard dollar olduğu halda bu gün 6,24 milyard dollara düşüb.
Son bir gündə ən çox itirən isə Fransalı milyarder Bernard Arnault olub. “Christian Dior”, “Gucci” kimi markaların sahibi olan LVMH şirkətinin təsisçisi bir gündə 2,42 milyard dollar itirib.

DİGƏR XƏBƏRLƏR

Top