Mingəçevirdə Yeni il gecəsi iki uşaq dünyaya gəlib - Fotolar


Mingəçevir Mərkəzi Xəstəxanasının doğum şöbəsində Yeni il gecəsi iki körpə dünyaya gəlib. Hər iki körpə gənc ailənin ikinci övladlarıdır.
Bu barədə Yeniavaz.com-a məlumat verən xəstəxananın neonatoloq həkimi Əhədli Məleykə bildirdi ki, 2023-cü ilin ilk günü gecə saat 12-dən sonra 2 oğlan uşağı dünyaya gəlib: ”Hazırda anaların və uşaqların vəziyyəti kafidir, qidalanmaları da kafidir”.
Analardan biri birinci Qarabağ müharibəsinin şəhidi Hacıyev Səftər İbad oğlunun qızı Hacıbəyli Ayişə Səftər qızı bizimlə söhbətində bildirdi ki, evdə bir qız övladı da var: ”Atam Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. Övladımın adını yoldaşımla birlikdə Ömürxan qoymaq istəyirik. İstərdim ki, övladım da atam kimi vətənpərvər bir qəhrəman övlad olsun”.
İkinci ana - Ələsgərli Nərmin Natiq qızı isə deyir ki, ikinci övladı dünyaya gəlib. Bu bayram günündə ailəsinə daha bir övlad sevinci bəxş edib.
Qeyd edək ki, hər iki ana Mingəçevir şəhər sakinləridir.




 

Esmira Hidayətova, Mingəçevir

 

DİGƏR XƏBƏRLƏR

Top