KTMT-nin yeni baş katibi İmanğali Tasmağambetov kimdir? - Dosye

 
Bu gündən etibarən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katib təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, Qazaxıstanın Rusiyadakı keçmiş səfiri İmanğali Tasmağambetov baş katib olub. O, üç il müddətində qurumun baş katibi vəzifəsini tutacaq.
Tasmağambetov KTMT-nin baş katibi vəzifəsində 2020-ci ildən bu vəzifəni icra edən Stanislav Zası əvəzləyib.
1956-cı ildə Qazaxıstanda anadan Tasmağambetov 1979-cu ildə Quryev rayonunun Mahambet adına orta məktəbində coğrafiya və biologiya müəllimi işləyib.
O, 1989-cu ildə Qazaxıstan Komsomolu Mərkəzi Komitəsinin 1-ci katibi seçilib. 
1993-1995-ci illərdə İmanğali Tasmağambetov Qazaxıstan Prezidentinin köməkçisi vəzifəsində çalışıb.
1995-1997-ci illərdə - Qazaxıstan Baş nazirinin müavini
1997-ci ildən - Qazaxıstan Baş nazirinin müavini - Qazaxıstanın təhsil və mədəniyyət naziri.
1997-1998-ci illərdə - Qazaxıstan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini - Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının təşkilati-nəzarət şöbəsinin müdiri.
1998-1999-cu illərdə - QazaxıstanPrezidentinin birinci köməkçisi.
1999-cu ildən - Atırau vilayətinin sədri .
2000-ci ilin dekabrından - Qazaxıstan Baş nazirinin müavini.
2002-2003-cü illərdə - Qazaxıstanın Baş naziri.
2003-cü ildən - Qazaxıstanın dövlət katibi.
2004-cü ildə Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib .
2004-cü ilin dekabrından 2008-ci ilin aprelinə qədər - Alma-Ata şəhərinin sədri .
2008-ci ilin aprelindən 2014-cü ilin oktyabrına qədər - Astana şəhərinin sədri .
22 oktyabr 2008-ci ildən - "Nur Otan" partiyasının Astana şəhər təşkilatının sədri.
22 oktyabr 2014-cü ildə Qazaxıstanın müdafiə naziri təyin edilib. O, 788 gün (2 il 58 gün) vəzifədə olub.
13 sentyabr 2016-cı ildən - Qazaxıstan Baş nazirinin müavini.
2017-2019-cu illərdə - Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri. 
18 dekabr 2019-cu il tarixində Tasmağambetov Qazaxıstan Prezidentinin Fərmanı ilə fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib. 
18 may 2022-ci ildə Qazaxıstan Qolf Federasiyasının prezidenti seçilib.


 

 

DİGƏR XƏBƏRLƏR

Top