
Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. Diplomatlar Suriyadakı vəziyyəti müzakirə ediblər.
Bildirilib ki, nazirlər 2023-cü il üçün xarici işlər nazirlikləri arasında əməkdaşlıq planlarını, o cümlədən Suriya nizamlanmasının təşviqi üzrə addımların gələcək koordinasiyasını müzakirə ediblər.
Bu ərəfədə məlum olub ki, Türkiyə, Suriya və Rusiya müdafiə nazirlərinin dekabrın 28-də Moskvada keçirilən üçtərəfli görüşü Türkiyə tərəfinin qoşunların Ankaranın şimalında nəzarət etdiyi ərazidən tamamilə çıxarılmasına razılıq verməsinə səbəb olub.