Nə qədər ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib?


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə illik məlumat yayıb.

ANAMA-dan Yeniavaz.com-a verilən xəbərə görə, bu ilin yanvar-dekabr ayı ərzində Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8 780, tank əleyhinə isə 4 133 mina və 14 950 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.Beləliklə, 41 915.77 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

DİGƏR XƏBƏRLƏR

Top