Türkiyə ordusu Suriyanın şimalından çıxır - KİV


Ankara Türkiyə, Suriya və Rusiya müdafiə nazirlərinin Moskvada keçirilən görüşündən sonra qoşunlarını Suriya ərazisindən çıxarmağa razılaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Suriyanın “Əl-Vatan” qəzeti Dəməşqdəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Moskvada keçirilən görüşün nəticələrindən biri də Türkiyənin Suriyanın şimalındakı ərazilərdən tamamilə çıxması ilə bağlı razılıq verməsi olub.
Qeyd edək ki, Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri bu həftə Moskvada Suriya böhranının həlli yollarını müzakirə etmək üçün üçtərəfli danışıqlar aparıblar. Moskvada hərbi idarə rəislərinin danışıqları Ankara ilə Dəməşq arasında son 11 ildə ilk rəsmi təmas olub.

DİGƏR XƏBƏRLƏR

Top