Putin "dost olmayan ölkələr"ə satılan təbii qazla bağlı geri addım atdı


Rusiya prezidenti Vladimir Putin “dost olmayan ölkələr”in Rusiya təbii qazına olan borclarını ödəmə üsulu il bağlı fərmana dəyişiklik edib.
Yeniavaz.com
xəbər verir ki, dəyişikliyə əsasən sözügedən borcların dollar və ya avro kimi xarici valyutalarla ödəməyə icazə verilib.
Putinin imzaladığı fərmanın ilkin versiyasına görə isə Rusiyaya qarşı sanksiya tətbiq edən və “dost olmayan” olaraq təyin olunan Qərb ölkələri Rusiya qazının pulunu ancaq rublla ödəyə bilərdi.
Qeyd olunub ki, sözügedən ölkələrin borclarının ödənilməsi Rusiya qazının nəqlinin bərpası demək olmayacaq.
Putinin martın 31-də imzaladığı fərmanla Rusiya qazını alan ölkələrin “Qazprombank”da hesab açması tələb olunur, lakin ödənişlər bu banka ediləndən sonra Moskva Birjasında sözügedən vəsait rubla çevrilir.
Rusiyanın enerji şirkəti "Qazprom" Polşa, Bolqarıstan, Finlandiya, Hollandiya və bəzi Avropa şirkətlərinə rublla ödəniş etmədikləri səbəbiylə təbii qazın nəqlini dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top