"Rusiya hakimiyyəti sərhədləri bağlayacaq, hərbi vəziyyət elan edəcək”


"Yeni il ərəfəsində hərbi xidmət keçməli olan Rusiya vətəndaşlarına müraciət edirəm. Bu, ilk növbədə, Rusiyanın böyük şəhərlərinin sakinlərinə aiddir. Dəqiq bilirəm ki, sizin bir həftəyə yaxın vaxtınız qalıb. Yanvarın əvvəlində Rusiya hakimiyyəti kişilər üçün sərhədləri bağlayacaq, sonra hərbi vəziyyət elan edəcək və növbəti səfərbərlik dalğasına başlayacaq. Sərhədlər Belarusa da bağlı olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksiy Reznikov yeni il ərəfəsində ruslara videomüraciətində bildirib.
Ukraynanın müdafiə naziri Rusiya rəhbərliyinin müharibənin əvvəlində elan etdiyi qondarma “plan”ın iflasa uğramasından danışıb: “Rus ordusunun itkiləri artıq 100 mindən çoxdur və bu itkiləri kompensasiya etmək üçün artıq bir səfərbərlik dalğası həyata keçirildi, baxmayaraq ki, yayda bunun olacağını qəti şəkildə inkar etdilər. Bu “plan”a görə on minlərlə məhbus şəxsi hərbi şirkətə cəlb olunur”.
O, vurğulayıb ki, bu “plan”a əsasən, ruslar yarım ildir ki, Ukraynanın kiçik Baxmut şəhərinə uğursuz şəkildə hücum edir, ora on minlərlə əsgər yerləşdirirlər. O, rusların Xarkov vilayətindən, Kiyev yaxınlığından, Çerniqov vilayətindən və Sumı vilayətindən, Xersondan qaçmasından danışıb.
Nazir bildirib ki, bu “plan”a əsasən, İsveç və Finlandiya NATO-ya daxil olmalarını başa çatdırır: “Baxmayaraq ki, düz bir il əvvəl bu ölkələrdə insanlar NATO haqqında heç düşünmürdülər və bitərəf qalmaq istəyirdilər”.
 

DİGƏR XƏBƏRLƏR

Top