Gələn il üçün hansı rayonda nə qədər buğda əkildiyi açıqlandı


Azərbaycanda 2023-cü ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 1 milyon 54 min 669,3 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, səpin aparılmış sahənin 98,7 faizini və yaxud 1 milyon 41 min 147,5 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 646 min 224,3 hektarı buğda, 394 min 763,2 hektarı arpa, 160 hektarı isə çovdar əkinlərinin payına düşüb.

Ən çox buğda bitkisi Cəlilabad (57337 ha), Füzuli (34751 ha), Şəki (32940,8 ha), Şamaxı (30098,1 ha), Ağcabədi (23518,2 ha), İsmayıllı (23076 ha) və Hacıqabul (20856,6 ha) rayonlarında, ən çox arpa bitkisi Kürdəmir (32497,9 ha), Şəki (31632 ha), Neftçala (27050 ha), Biləsuvar (26005,3 ha), Ağsu (18560,2 ha), Goranboy (15027,5 ha) və Füzuli (14354 ha) rayonlarında səpilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 2,5 faiz, o cümlədən buğdanın səpin sahəsi 7,3 faiz artıb, arpanın səpin sahəsi 4,6 faiz azalıb.

DİGƏR XƏBƏRLƏR

Top