XVI Benedikt vəfat edib


Keçmiş Roma Papası XVI Benedikt (İosif Alois Ratzinger) 96 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni bildirib.
“Sizə təəssüf hissi ilə bildirirəm ki, bu gün saat 9:34-də hörmətli Papa XVI Benedikt Vatikanın Mater Ecclesiae monastırında dünyasını dəyişib”, - deyə Matteo Bruni qeyd edib.
Qeyd edək ki, XVI Benedikt 2005-ci ilin aprelindən 2013-cü ilin fevralına qədər Roma Papası olub. 2013-cü il fevralın 11-də o, qəfildən taxtdan getdiyini elan edib. O vaxtdan Vatikan bağlarında kiçik Mater Ecclesiae monastırında yaşayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top