Keçmiş SSRİ ölkələrində əhalinin sayı: Kimdə azalıb, kimdə artıb? – Tam siyahı


Son 31 il ərzində - 1991-2022-ci illərdə keçmiş SSRİ-yə daxil olan ölkələr arasında əhalinin sayı ən çox Moldovada azalıb, ən çox artım isə Tacikistanda qeydə alınıb. 
Yeniavaz.com
açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, son 31 ildə Moldovada əhalinin sayı 39,5% azalaraq 4,3 milyon nəfərdən 2,6 milyon nəfərə düşüb. Tacikistanda isə əhalinin sayı 31 il ərzində 75,9% artaraq 5,4 milyondan 9,5 milyon nəfərə çatıb.
Qeyd edək ki, əhalinin sayının azalması post-sovet ölkələri arasında qeyri-müsəlman respublikalarında müşahidə olunur. 1991-2022-ci illərdə əhalinin sayı Rusiyada 2%, Belarusda 8,9%, Ukraynada 21%, Gürcüstanda 25%, Litvada 24,3%, Latviyada 30,7%, Estoniyada 13,3%, Ermənistanda isə 17,1% azalıb.
Azərbaycan da daxil olmaqla müsəlman respublikalarda əhalinin sayında artım baş verib. 1991-2022-ci illər ərzində Azərbaycanda əhalinin sayı 41,6% və ya 7,2 milyon nəfərdən 10,2 milyon nəfərə yüksəlib.
Əhalinin sayı Türkmənistanda 67,5%, Özbəkistanda 72,2%, Qırğızıstanda 591%, Qazaxıstanda isə 20,1% artıb.

DİGƏR XƏBƏRLƏR

Top