Azərbaycanın TAP vasitəsi ilə ixrac etdiyi təbii qazın həcmi açıqlanıb


İndiyə qədər Cənub Qaz Dəhlizi (SGC) kəmərinin tərkib hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə 19,4 milyard kubmetrdən çox təbii qaz ixrac edilib.

Yeniavaz.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki,  ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

DİGƏR XƏBƏRLƏR

Top