Belarusa düşən S-300 narahatlıq doğurur - Peskov


Kremlin sözçüsü Dmitri Peskov Ukraynaya məxsus olduğu bildirilən S-300 sisteminə aid raket hissələrinin Belarus ərazisinə düşməsi ilə bağlı açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, Peskov bildirib ki, S-300 hava hücumundan müdafiə sisteminə aid raket hissələrinin Ukraynadan Belarus ərazisinə düşməsi narahatlıq doğurur.
Rusiya və Belarus hərbi rəsmilərinin daim əlaqə saxladıqlarını və məlumat paylaşdıqlarını ifadə edən Peskov, “Hər halda bu, təkcə bizim deyil, belaruslu tərəfdaşlarımızın da həddindən artıq narahatlığına səbəb olan bir hadisədir”, - deyə qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top