Daha bir ölkə bütün koronavirus məhdudiyyətlərini ləğv etdi


İndoneziyada COVID-19 epidemiyası ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətlərin aradan qaldırıldığı açıqlanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İndoneziya Prezidenti Coko Vidodo keçirdiyi mətbuat konfransında deyib.
2020-ci ilin aprel ayından tətbiq olunmağa başlayan COVID-19 ilə bağlı bütün sosial məhdudiyyətlərin aradan qaldırıldığını ifadə edən vidodo, epidemiyanın tam bitmədiyini vurğulayaraq, ictimaiyyəti tədbir görməyə çağırıb.
Qeyd edək ki, bu gün İndoneziyada 552 COVID-19 hadisəsi aşkarlanıb, 10 nəfər isə epidemiya səbəbindən dünyasını dəyişib.
 

DİGƏR XƏBƏRLƏR

Top