"Donuz qripi”nə görə Azərbaycanda xüsusi xəstəxana ayrılacaq?


"Donuz qripi” mövsümü influenza (qrip) xəstəliyinin bir növü olduğu üçün buna görə xüsusi xəstəxananın ayrılmasına ehtiyac yoxdur".

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB-in tabeliyində olan bütün xəstəxanaların müvafiq şöbələrində həmin xəstələrin istər ambulator, istərsə də stasionar müalicəsi aparılır.

"Bu qrip ilk dəfə deyil. Həmişə olub. Bu baxımdan ayrıca xəstəxana ayrılmasına ehtiyac yoxdur" - deyə Yaqut Qarayeva bildirib.

Qeyd edək ki, bir sıra ölkələrdə, o cümlədən Rusiya və Ermənistanda da donuz qripi virusu yayılıb. Səhiyyə Nazirliyindən isə bildirilib ki, Azərbaycanda bu virus hələ aşkarlanmayıb. Hazırda ölkədə yayılan mövsümi qrip və kəskin respirator virusdur.

DİGƏR XƏBƏRLƏR

Top