XİN başçısı Türkiyəyə başsağlığı verdi


Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

Yeniavaz.com xəbər verir ki, nazir bu barədə tvitterdə paylaşım edib.

"Qardaş Türkiyənin Aydın vilayətində partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, ailələrinə səbir, yaralıların tezliklə sağalmasını diləyirəm", - deyə Bayramov qeyd edib.

Qeyd edək ki, Türkiyənin Aydın əyalətinin Nazlı rayonunda restoranda baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top