İtkin düşən ukraynalıların sayı açıqlandı


Hazırda 3400-ə yaxın ukraynalı hərbçi əsirlikdədir, daha 15 min insan isə itkin düşüb.
Yeniavaz.com
 xəbər verir ki, bunu Ukrayna Prezidentinin hərbi qulluqçuların hüquqlarının müdafiəsi üzrə ombudsmanı Alyona Verbitskaya Almaniyanın Redaktions Netzwerk Deutschland (RND) agentliyinə müsahibəsində deyib.
Verbitskaya qeyd edib ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin hərbi əsir düşərgələrinə girişinə icazə vermir:
“İtkin düşənlərin aqibəti barədə heç nə bilmirik. Bilmirik ki, onlar Rusiya tərəfindən işğal olunmuş ərazilərdən zorla aparılıblar, yoxsa artıq çoxdan öldürülüblər”.

DİGƏR XƏBƏRLƏR

Top