
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 85 nəfər müalicə olunaraq sağalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 826 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 808 nəfər müalicə olunaraq sağalıb, 10008 nəfər vəfat edib, aktiv xəstə sayı 495 nəfərdir. Ölkədə son sutka ərzində 1 384, hazırkı dövrədək isə 7 428 980 test aparılıb.

Bundan əlavə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 462 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 103, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 24 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 931 574, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 396 159, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 607, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 188, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 620 nəfər təşkil edir.
Tətbiqimizi yükləyə bilərsiniz