"SSRİ Rusiya tarixinin ayrılmaz hissəsidir"


“SSRİ Rusiya Federasiyası tarixinin ayrılmaz hissəsidir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu, təxminən iki-üç saatlıq mühazirənin mövzusudur. Nə qədər mühazirəçi olacaqsa, o qədər fərqli baxış bucağı olacaq. Mən belə mühazirəçilərdən biri olmaq istəməzdim, tək şey deyə bilərəm: Sovet İttifaqı tariximizin ayrılmaz hissəsidir.Və mən sizə Putinin sözlərini xatırlatmaq istəyirəm: Sovet İttifaqını itirdiyinə görə peşman olmayanın ürəyi, onu bərpa etmək istəyənin isə beyni yoxdur”, - Kremlin sözçüsü jurnalistlərə SSRİ-nin Rusiya Federasiyasının tarixindəki rolu ilə bağlı sualı cavablandırarkən deyib.
Qeyd edək ki, bu gün – dekabrın 30-u SSRİ-nin yaranmasından 100 il ötür.

DİGƏR XƏBƏRLƏR

Top