“TikTok”da bahalı telefonları ucuz qiymətə “satan” şəxs tutuldu – Video


“TikTok” sosial şəbəkəsində bahalı mobil telefonları dəyərindən ucuz qiymətə satdığı barədə elanlar yerləşdirərək ona müraciət edənlərdən beh adı altında müxtəlif məbləğlərdə pul alan və daha sonra həmin şəxsləri aldadan Nihat Qurbanov tutulub. O, ifadəsində bu yolla təqribən 45-50 nəfəri aldatdığını və pul aldığı şəxsləri sonradan onunla əlaqə saxlamamaları üçün bloka atdığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən növbəti əməliyyatlar zamanı isə özünü hotel əməkdaşı kimi təqdim edərək taksi sürücülərinə qarşı dələduzluq edən və onların hesabından öz kartına pullar köçürən Əli Dadaşov tutulub. Bu şəxsin də dələduzluq yolu ilə 10-dan artıq taksi sürücüsünü aldatdığı məlum olub.
Paytaxtda polisin həyata keçirdiyi növbəti əməliyyatlar zamanı isə vətəndaşların kartlarındakı pul vəsaitlərini müxtəlif üsullarla ələ keçirən Rüfət Yusifov, Amin və Ramil Əliyev qardaşları tutulublar.
Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və “102” Xidməti Zəng Mərkəzinə  məlumat verə bilərlər.
Aşkar edilmiş faktlarla bağlı araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top