Bayden 2023-cü il üçün 1,7 trilyon dollarlıq büdcə imzaladı


ABŞ prezidenti Co Bayden “2023-cü maliyyə ili üçün 1,7 trilyon dollarlıq büdcə” qanun layihəsini imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, aylarla davam edən danışıqlardan sonra razılaşdırılan büdcə paketinə 772,5 milyard dollarlıq qeyri-müdafiə xərcləri və 858 milyard dollarlıq müdafiə maliyyəsi daxildir.
Büdcədə tibbi tədqiqatlar, təhlükəsizlik, veteranların sağlamlıq xidmətləri, fəlakətlərin bərpası və qadınlara qarşı zorakılıq hüquq fondlarına investisiyaların nəzərdə tutulduğunu qeyd edən Bayden, Ukraynaya da əhəmiyyətli dəstək veriləcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top