Blinkendən Rusiyaya xəbərdarlıq


“Rusiya hücumları dayandırmalı, qoşunlarını geri çəkməli və sülhə nail olmağa çalışmalıdır”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken özünün tvitter səhifəsində yazıb.
“Ukrayna sülh üçün təklif irəli sürüb. Moskvadan cavab? Kritik enerji infrastrukturuna daha bir raket zərbəsi. Rusiya hücumları dayandırmalı, qoşunlarını geri çəkməli və sülhə nail olmağa çalışmalıdır”, - Blinken qeyd edib.
Qeyd edək ki, dekabrın 29-u Rusiya ordusu yenidən Ukraynanın bir neçə şəhərinə raket zərbələri endirib.

DİGƏR XƏBƏRLƏR

Top