İsrailin Fransadakı səfiri Netanyahuya görə istefa verdi


İsrailin Parisdəki səfiri Yael German Benyamin Netanyahunun başçılıq etdiyi yeni İsrail hökumətinə etiraz olaraq tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə səfirin yaydığı məlumatda deyilir:
"Mən İsrailin Parisdəki səfiri vəzifəsinə İsrailin səlahiyyət müddəti başa çatan baş naziri Yair Lapid tərəfindən təyin olundum. Ölkəmi və məni demokratiya, insan haqları və qanunun aliliyi əsasında təyin edən əvvəlki hökumətin dünya görüşünü təmsil etməkdən qürur düydüm və şadam”.
 Netanyahunun siyasəti və hökumətindəki nazirlərin açıqlamalarının onun vicdanına, dünyagörüşünə və müstəqillik üçün verilən vədlərə zidd olduğunu qeyd edən German, “Bu şərtlər altında bir siyasəti təmsil etməyə davam edə bilmərəm. Bu, inandığımdan çox fərqlidir. Ona görə də mən istefa ərizəmi verə bilməyəcəm”, deyə bildirib.

DİGƏR XƏBƏRLƏR

Top