Özünü yandıran şəxslə bağlı Baş Prokurorluqdan açıqlama


Sosial şəbəkələrdə Qarabağ müharibəsi iştirakçısı olduğu iddia edilən şəxsin özünü yandırmasına dair məlumat və videogörüntülər paylaşılıb.

Bununla bağlı Baş Prokurorluqdan Yeniavaz.com-a bildirilib ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında özünü yandırmış 1983-cü il təvəllüdlü Rəvan Fətəliyev ümumiyyətlə müharibə iştirakçısı olmamış, ona müharibə ilə əlaqədar əlillik təyin edilməyib.

İlkin araşdırma zamanı Rəvan Fətəliyevin pensiya ödənişi ilə bağlı özünü yandırması, əl və üz nahiyəsində I dərəcəli yanıq izlərinin olması və hazırda vəziyyətinin stabil, qənaətbəxş olması müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top