Minsk raketlə bağlı Kiyevə çağırış etdi


Minsk Kiyevdən Belarus ərazisinə düşən Ukraynanın S-300 raketi ilə bağlı araşdırma aparmağı tələb edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib .
“Biz Ukrayna tərəfindən bu raketin buraxılması ilə bağlı bütün şəraitin hərtərəfli araşdırılmasını və cavabdehlərin məsuliyyətə cəlb olunmasını tələb etdik”, - deyə o bildirib.
Belarus tərəfi həmçinin Kiyevi gələcəkdə fəlakətli nəticələrə gətirib çıxara biləcək belə insidentlərin təkrarlanmaması üçün tədbirlər görməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top