COVID-19 əleyhinə daha 427 vaksin vuruldu


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 427 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 211, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 140, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 21 nəfərdir.Vurulan vaksinlərin ümumi sayı 13 931 112, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi 5 395 874, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 557, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 085, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 596 nəfər təşkil edir.
 

DİGƏR XƏBƏRLƏR

Top