
Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları Üzeyir Zeynalov və Rövşən Babayevə müvafiq olaraq fəlsəfə və riyaziyyat üzrə fəlsəfə doktoru diplomları təqdim edilib.
Yeniavaz.com xəbər verir ki, hər iki həmkarını təbrik edən rektor Şahin Bayramov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Rövşən Babayev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.
Hazırda modernləşməkdə olan MDU-nun akademik və elmi potensialının gücləndirilməsi baxımından elmi dərəcəsi və elmi adı olan əməkdaşların sayının artırılması əsas prioritetlərdəndir.
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz