Ukraynaya məxsus raket Belarus ərazisinə düşdü


Ukraynaya məxsus S-300 kompleksinin raketi Belarus ərazisinə düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “BelTa” informasiya agentliyi məlumat yayıb.
Hadisə səhər saat 10:00-11:00 radələrində baş verib. Hadisə ilə bağlı dərhal dövlət başçısı Aleksandr Lukaşenkoya məlumat verilib.
Agentliyin məlumatına görə, iki versiya nəzərdən keçirilir:
“Polşadakı son insidentə bənzər raket Belarus ərazisinə uçub və raket respublikanın hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində vurulub”.
Belarus Müdafiə Nazirliyindən TASS -a verilən məlumata görə, raket Brest vilayətinin İvanovo kəndi yaxınlığında düşüb. Hadisə yerində İstintaq Komitəsinin, Daxili İşlər Nazirliyinin və müdafiə idarəsinin mütəxəssisləri işləyir. Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top