“Putin və Paşinyan Laçın dəhlizindəki vəziyyəti müzakirə ediblər”


Rusiya Ermənistanla Azərbaycan arasında nizamlanmaya kömək etməkdə davam edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya Federasiyası, ilk növbədə, üçtərəfli əsasda əldə edilmiş razılaşmaları yerinə yetirməklə, vasitəçilik səylərini davam etdirir və davam etdirmək niyyətindədir”, - Kremlin sözçüsü deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Laçın dəhlizi mövzusunu müzakirə ediblər:
“Laçın dəhlizi mövzusu həqiqətən də ötən gün Sankt-Peterburqda Putinlə Paşinyan arasında çox ətraflı müzakirə olunub, bu mövzuda söhbətlər davam edəcək. Biz həqiqətən də Laçın dəhlizi ətrafında yaranmış gərginlikdən narahatıq”.
Peskov qeyd edib ki, Rusiya tərəfi həm İrəvanla təmasda, həm də Bakı ilə təmasda öz işini və səylərini davam etdirəcək.

DİGƏR XƏBƏRLƏR

Top