Naxçıvanda dövlət qurumlarına aid ilk rəsmi sayt “GOV.AZ” zonasına köçürüldü


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. İlkin olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin (nmincom.gov.az) rəsmi internet səhifəsinin “GOV.AZ” domen zonasına köçürülməsi məqsədilə Xidmətin əməkdaşları tərəfindən müvafiq təhlillər aparılıb, saytın audit yoxlamaları aparıldıqdan sonra zonada yerləşdirilməsi təmin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə XRİTDX-nin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Muxtar Respublikada 11 dövlət qurumunun rəsmi internet səhifəsi Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən yenilənib. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin (nnk.gov.az), Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin (nsupremecourt.gov.az), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının (nmsk.gov.az), Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (neco.gov.az), Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (nagro.gov.az), Naxçıvan Muxtar Respublikası Energetika Dövlət Xidmətinin (nminenergy.gov.az), Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin (ndim.gov.az) internet səhifələrinin audit yoxlamaları aparıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi planlı olaraq həyata keçirilməkdədir.

DİGƏR XƏBƏRLƏR

Top