Tayvan bomba sığınacaqları tikir


Tayvan hakimiyyəti 10500 sığınacağı raket və bomba hücumlarına qarşı təchiz edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yaponiyanın " Nikkei " qəzeti Tayvan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, sözügedən sığınacaqlarda 86 milyon insanı yerləşdirmək mümkündür ki, bu da ölkə əhalisinin üç qatından çoxdur.
Məlumatlara görə, sığınacaqların əksəriyyəti uzun müddət qalmaq üçün nəzərdə tutulmayıb.
Bütün bunlar Tayvan zonasında ÇXR hərbçiləri tərəfindən həyata keçirilən genişmiqyaslı canlı atəş manevrləri ilə əlaqədar edilir. Onlar mütəmadi olaraq ərazidə müxtəlif təlimlər təşkil edirlər.
Qeyd edək ki, ada 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur, lakin Pekində ÇXR-in ayrılmaz hissəsi hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top