""Patriot" işə salınana qədər bir neçə ay keçəcək”


ABŞ “Patriot” zenit-raket komplekslərinə nəzarət etmək üçün Ukraynaya amerikalı mütəxəssislər göndərməyi planlaşdırmır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıb.
“Vaşinqton diplomatik kanallar vasitəsilə Rusiya tərəfini buna əmin edib. Bizə kifayət qədər geniş izah etdilər ki, bu, planlaşdırılmayıb. Ukraynalı hərbçilər bu texnologiyaya yiyələnənə və işə salınana qədər bir neçə ay keçəcək. Əlbəttə, biz bu vəziyyətə mümkün qədər tez son qoymaq istəyirik, lakin bizim üçün prioritet əsgərlərin, döyüş bölgəsində qalan mülki şəxslərin həyatıdır”, - deyə Lavrov qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top