"Bakı Metropoliteni" 45 000 litr süd alır – 2,8 manata...


"Bakı Metropoliteni" QSC tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi fərdi sahibkar Həsənova Esmira Hadı qızı (VÖEN- 1304705732) olub.
Həsənova Esmira Hadı qızı “Bakı Metropoliteni” QSC-nin zərərli iş şəraitində çalışan işçiləri üçün 128 min 459 manat 52 qəpik dəyərində 45 min 360 litr süd satacaq. Rəqəmlərdən də göründüyü kimi “Bakı Metropoliteni” QSC südün 1 litrini Həsənova Esmira Hadı qızından 2 manat 80 qəpiyə alacaq.
Xəbəri rus dilində oxuyun: "Бакинский метрополитен" закупает 45 тысяч литров молока - За 2,8 маната...

Bu ilin aprel ayında da Həsənova Esmira Hadı qızı “Bakı Metropoliteni”nə yağlılıq dərəcəsi 3,2% olan 42 min 480 litr süd (1 litri 2,7 manata) satıb.
Onu da bildirək ki, ölkənin aparıcı süd istehsalçıları tərəfindən istehsal olunan (yağlılıq dərəcəsi 3,2% olan və pasterizə edilən) südün bir litrinin qiyməti  pərakəndə ticarət şəbəkələrində 2-2,6 manat arasında dəyişir.
Həmçinin onu da qeyd edək ki, bu il “Bakı Metropoliteni” QSC-yə 90 min litrə yaxın süd satan fərdi sahibkar Həsənova Esmira Hadı qızı barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top